Siqaretin ucuzlaşması xəbəri yalan çıxdı

Son iki gündə verilən məlumatların əksinə olaraq, siqaret ucuzlaşmayıb. Bu haqda dükanlarda reyd keçirən “Basta” əməkdaşları məlumat verb. Mağaza sahibləri bildirib ki, onlar da internet saytlarında siqaretin ucuzlaşdığı barədə oxuyublar. Amma dükanlara siqaret verən firmalar qiyməti endirməyib.

Dükan sahiblərindən birinin dedikləri: “Heç yerdə siqaretin düşməsi barədə sərəncam verilməyib. Firmalar da bizə siqareti baha qiymətə verməkdə davam edirlər. Siqaret monopoliyası birbaşa Paşayevlərin nəzarətindədir. Onlar qiyməti endirməzlər”.

bastainfo.com

 

Bir cavab yazın