”Uşağımın qanını almayınca dincəlməyəcəm” (VİDEO)

Həkim – İnşallah, oğlun olacaq

Ana- (gülür) Yoldaşım indi sevinər. Elə oğlan gözləyirdi.

Ülviyyə Abbasova ultrasəs müayinəsində dünyaya gələcək ilk uşağının oğlan olmasının sevincini yaşayır. Bir müddət sonra, hamiləliyinin 35-ci həftəsində halı dəyişir. İştahsızlıq, yediklərini qaytarması onu həkimlərə salır.  Hər şey də bundan başlayır. Ülviyyənin anası deyir ki, həkim səhlənkarlığından doğulacaq nəvəsini itirib.

Mətanət Məmişova Nəvəsindən əlini üzdükdən sonra, Mətanət xanım övladının sağlamlığına qovuşmasını istəyib. Amma dediyinə görə, xəstəxanalar xəstənin ağır olduğunu görüb, bir-birinin üstünə göndərib.

“Uşağım qeysəriyyə əməliyyatından çıxandan sonra döl ölü idi, bizə verdilər. Ondan sonra qızım özündə olmadı. Bütün bədəni al-qanın içində … Doğuş zamanı için yaxşı təmizləməyiblər. Buna görə qaraciyəri parçalanıb, həkim bunu mənə deməyib”.

Ülviyyə Abbasova koma vəziyyətində Göygöl Rayon Xəstəxanasından Bakıya, Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirilib. Komada iki günlük ayılsa da, yanvarın 2-də xəstəxanada vəfat edib. Mətanət xanım qızının ölümündə mama-ginekoloq Aybəniz Qurbanini,

Göygöl Rayon Xəstəxanasının doğum şöbəsinin müdiri Solmaz Quliyevanı günahlandırır. O deyir ki, qızı hamiləlik dövründə hər ay müayinədən keçib və onun səhhətində heç bir problem olmayıb.

Həkimlər deyir ki, ana ölümündə onların təqsiri olmayıb.

22 yaşlı ananın ölümü il bağlı Cinayət Məcəlləsinin 124.1-ci “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə cinayət işi açılıb. İşə Yasamal Rayon Prokurorluğu baxacaq. Valideyn isə 2 həftə sonra açıqlanacaq Məhkəmə Tibbi Ekspertizasının cavabın gözləyir.

Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası açıqlayıb ki, 2015 -ci ildə 23 ana ölüb. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında isə göstərilir ki, 2015-ci ildə Azərbaycanda bu rəqəmdən iki dəfə çox, 48 ana ölümü olub. Doğuşa Yardım Komissiyası 2016-cı ilin ilk ongünlüyündə 3 ana və 3 uşağın öldüyünü bildirib.

 

 

bastainfo.com

Bir cavab yazın