ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər.

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər.

AzNews.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət katibi Con Kerri Davos ümumdünya iqtisadi forumunda verib. Onun sözlərinə görə, Minsk razılaşmaları yerinə yetirildikdən sonra sanksiya məsələsinə yenidən baxıla və hətta ləğvi məsələsi gündəmə gətirilə bilər.

Xatırladaq ki, ABŞ 2014-cü ilin martında Krımın Rusiyaya birləşdirilməsi və Ukraynada baş verən hadisələrlə bağlı Rusiyaya sanksiyalar tətbiq etməyə başlayıb.

 

bastainfo.com

Bir cavab yazın