Amal Clooney Livan druzlarındandır

Xədicə İsmayılova dünyada tanınmış əslən ərəb olan vəkil Amal Clooney-nin onu Avropa İnsan Haqları Məhkəməsində təmsil etməyə təklifini qəbul edib.

Bundan əvvəl Amal Clooney Amerikanın NBC telekanalında demişdi ki, Xədicə İsmayılovanın işini “Avropa Məhkəməsinə çıxaracaq”.

“Amal Clooney dünyanın ən tanınmış insan haqları vəkillərindən biridir. Xəricə İsmayılova dünyanın ən tanınmış araşdırmaçı jurnalistlərindən biridir”, AzadlıqRadiosunun (RFE/RL) sözçüsü Joanna Levison deyib. “Bu bəyanat, Xədicənin işinin və azadlığının insan haqları və media azadlığı üçün əhəmiyyətini nümayiş edir”.

Xədicə İsmayılova xanım Clooney-nin təklifini, ilk öncə, onun 2014-cü ildə Misirdə həbs edilmiş Al Jazeera” jurnalisti Mohamed Fahmy-ni müdafiə edərkən göstərdiyi cəsarətə görə qəbul edib, Azadlıq Radiosu vəkil Fariz Namazlıya istinadən məlumat verir.

“O, həmin işə cəsarətlə qoşulmuş, qarşıda hansısa uğurun olub-olmadığını düşünməmişdi. Buna görə Xədicə Amalın onun işinə də qoşumasını arzu edir”.

Amal Clooney, Mohammed FahmyImage copyright
Image captionBundan əvvəl Clooney, “Al Jazeera” jurnalisti Mohammed Fahmy-ni Misirdə təmsil edib

Amal Clooney-nin bundan əvvəl AİHM-də Ermənistanı təmsil etməsi Azərbaycan mediası və sosial media istifadəçiləri tərəfindən qeyd olunur. Bu yaxınlarda “erməni soyqırımı”nı inkar edən türk siyasətçinin işində xanım Clooney üçüncü tərəf sayılan Ermənistanı təmsil edib.

Vəkil Fariz Namazlının sözlərinə görə, xanım İsmayılova bu məsələyə belə münasibət bildirib: “Xədicə deyir ki, Amal həmin işi uduzsa da, mənim işimi udacaq. Xədicə onu da bildirir ki, qismət olsa, gələcəkdə Amalla görüşəndə ona “erməni soyqırımı” adlandırılan məsələ ilə bağlı daha dolğun məlumatlar verəcək”.

“Mən onun işini Media Hüquq Müdafiə Təşəbbüsü (Media Legal Defence Initiative) nümayəndəsilə birlikdə Avropa İnsan Haqları Məhkəməsinə çıxaracam və biz onun saxlanılmasına qarşı şikayət edəcəyik”, Amal Clooney “Meet the Press” (Mətbuatla Görüş) proqramında bazar günü açıqlayıb.

Həmçinin oxuyun: “Xədicə İsmayılova – Azərbaycan hökumətinin baş ağrısı”

Müsahibə zamanı araşdırmaçı jurnalistin gizli görüntülərinin ictimaiyyətə yayılmasını, onun prezident ailəsinin biznes maraqlarını araşdırdığını qeyd edən xanım Clooney, müdafiə edəcəyi Xədicə İsmayılovanı “cəsur qadın” kimi təsvir edib.

Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də keçmiş həmkarını özünəqəsd həddinə çatdırmaq barədə ittihamla həbs olunub. Jurnalistin özü bu ittihamı rədd edir.

Amnesty International təşkilatı onun həbsini “siyasi motivli” adlandırıb.

Azərbaycan höküməti rəsmiləri isə mediaya müsahibələrində ölkədə peşə fəaliyyətinə görə jurnalistlərin həbs edildiyini inkar edir.

bastainfo.com

Bir cavab yazın