Bakıda polis sürücünü söydü, dava düşdü – VİDEO

Səbail rayonu, Axundov parkının yaxınlığında YPX əməkdaşları ilə sürücü arasında qalmaqal yaşanıb.
Qaynar.info aznews.az-a istinadən xəbər verir ki, yol kənarında avtomobilini saxlayan sürücü polisin təzyiqi ilə üzləşib.
Hadisə şahidlərinin sözlərinə görə, polis əməkdaşlarından biri sürücünü söyüb. Elə qarşıdurma da bundan sonra yaranıb.
Polis əməkdaşı sürücünü təkbətək “razborka”ya çağırıb. Nəticədə sürücü özünü müdafiə etmək üçün polisə müqavimət göstərib. Digər polis əməkdaşları onları sakitləşdirməyə çalışsa da, YPX əməkdaşı sürücüyə zor tətbiq edərək, sürücünü xidməti avtomobilinə əyləşdirmək istəyib.
Həmin görüntüləri təqdim edirik:

 

 

bastainfo.com

Bir cavab yazın