Ölkədə Əliyevlər ailəsinə aid olan banklar (ARAŞDIRMA)

OCCRP tərəfindən, tərcümə olunub.

Kənardan, Azərbaycan digər neftlə zəngin ölkələrdən biri kimi görünə bilər.

Paytaxtı Bakı, Birləşmiş Ərəb Əmirliklərinin memarlıq meydançalarında olan müassir tikililərə bənzər binaların işıqları sayəsində axşamlar parıldayır. Hökümət Avropa Oyunları 2015-ə sərf edəcək $8 milyard kimi digər mötəbər tədbirərə də böyük həvəslə vəsait xərcləyir.

Zahirən ölkə zəngin görünsə də, bu sərvətdən günü-gündən daha da çox borca girən 9.6 million vətəndaşa pay düşmür. Fevralın 1-ə olan məlumata görə sürətlə yüksələn yaşayış xərclərini ödəmək üçün 2.3 milyon nəfər bankdan kredit götürüb, bu göstərici ötən ilə nisbətən 17.7 % artıb.

Kreditə pul götürmək heç də ucuz deyil, istehlak kreditləri üzrə faiz dərəcələri 2014-ci ildə Avropa Birliyindən üç dəfə çox olub, orta hesabla 18% təşkil edib.

İnsanların getdikcə daha da çox əziyyət çəkməklərinə baxmayaraq, bir ailə- Prezident İlham Əliyevin ailəsi, bu səfalətdən faydalanır. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən toplanan məlumata əsasən Əliyev ailə üzvləri və yaxın məsləhətçiləri Azərbaycanın ən azı səkkiz iri banklarının əsas səhmdarlarıdırlar. Onlar dəyəri $ 3 milyarddan çox  olan müəssisə aktivlərinə nəzarət edirlər.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Prezident İlham Əliyevin adına bank səhmləri haqqında heç bir məlum yoxdur.Halbuki, onun üç yetkin övladlarının Ata Holding vasitəsilə banklarla əlaqələri var. Konqlamerata telekommunikasiya, tikinti, nəqliyyat, dağ-mədən, qaz və neft kimi iqtisadiyyatın digər sahələrinə aid bir sıra holding də daxildir.

Bundan başqa, Ernst and Young şirkətinin audit hesabatına əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin qayınatası, Arif Paşayev, bank, tikinti, sığorta, səyahət və investisiya kimi sahələrə nəzarət edən Paşa Holding-ə başçılıq edir.

Beləliklə, istehlakçılar birinci Ailəyə aid şirkətlər tərəfindən təmin edilən mal və xidmətlərin haqqını ödəmək üçün birinci Ailəyə aid banklardan yüksək faizli kreditlər almaq məcburiyyətində qalırlar.

2007-ci ildən etibarən, orta illik inflyasiya həddi 7%-ə çatıb. Bu məqam əhalinin böyük hissəsinin gündəlik xərcləri ödəmək, həmçinin Azərbaycanda ənənə halını alan təmtəraqlı toy mərasinlərini keçirtmək üçün aldıqları borcların mənşəyini izah edir. Müqayisə üçün, Avropa Birliyi ölkələrində İllik inflyasiya dərəcəsi yalnız 2009-ci ildə 3%-in üzərində idi və son beş il ərzində orta inflyasiya dərəcələri sıfıra yaxın olmuşdur.

Bundan əlavə, Fevralın 21-i Azərbaycan manatı ABŞ dollarına nisbətən 33% dəyərini itirdi. Nəticədə, əhali son 10 ildə gördüyü ən ciddi maddi sıxıntısını yaşadı.

Lakin valyuta məzənnəsinin ciddi şəkildə aşağı düşməsini nəzərə alsaq belə, OCCRP-nın hesablamalarına əsasən 2014-ci ilin əvvəlində ailə və yaxın məsləhətçiləri tərəfindən nəzarət edilən bank aktivləri ən azı $ 3 milyard olmuşdur.

Həmin tarixdə bu səkkiz özəl bank ölkənin bank aktivlərinin 19 %-ni təşkil edib. Malik olduğu aktivlərə görə ilk dördlükdə olan bankların üçü (Pasha Bank, Capital Bank və Xalq Bank) bu özəl banklara aiddir. Əsas səhmdarı dövlət olan Azərbaycan Beynəlxalq Bankı aktivlərin 38%-nə nəzarət edir. Hal hazırda Azərbaycanda 45 bank fəaliyyət göstərir.

İlham Əliyev 2003-cü ildə prezident olandan etibarən, Azərbaycanın aparıcı iqtisadi sektorlarda onun ailə üzvlərinin şəxsi maliyyə payları artmışdır. Onun övladlarının Bank sektoru ilə əlaqələri yalnız son illərdə aşkar edilib.

Şirkət qeydlərinə əsasən Ata Holding-in 75%-nə sahib olan şirkətlərdə Prezidentin övladları 29 yaşlı Leyla və 26 yaşlı Arzu pay sahibi, 18 yaşlı Heydər Əliyev isə əsas nəzarətçi kimi qeyd olunmuşlar. Ata Holding isə öz növbəsində iki bankın səhmlərinə sahibdir.

Bu bank qeydləri 2013-cü il, Dekabr ayının 31-ə aiddir. Hal-hazırda OCCRP 2014-cü ilə aid bütün hesabatları toplaya bilməyib, lakin artıq məlumdur ki, ən azı üç bankın aktivlərində kəskin artım müşahidə edilib- 2014-cü ildə Paşa Bank 40%, Ata Bank 56% və Xalq Bankda 31% artım qeydə alınıb.

“Mən Azərbaycan xalqının bank sektorunda Prezidentin ailəsinə aid aktivlərin olması haqqında məlumatlı olduğunu düşünmürəm” hazırda təqaüd proqramı üzrə xaricdə çalışan görkəmli Azərbaycanlı iqtisadçı, Zöhrab İsmayıl bildirib. “Bir çox insan Pasha Bank və Kapital Bankın prezidentin ailəsinə aid olduğunu bilir. Lakin fikrimcə digər banklar haqqında onların məlumatı yoxdur. Problem kommersiya təşkilatlarının reyestr məlumatlarını qapalı edən 2012-ci ildə İnformasiya əldə etmək haqqında qanuna edilən düzəlişdədir.”

Burada OCCRP-nin banklar üzrə məlumat və qeydləri göstərilir

Atabank – Ata Holding səhmlərin 76 %-ə nəzarət edir. Digər 15,9 %-i isə vergilər nazirinin müavini Kamil Əşrəfovun adı qeyd edilmişdir. Bundan öncəki OCCRP araşdırması Əşrəfovun Çexiya Respublikasında Əliyevin qızı Arzu üçün lüks daşınmaz əmlak satın-almasını aşkar edib.

Bank VTB – Ata Holding səhmlərinin 49 %-ə nəzarət edir. Səhmlərin əsas hissəsinə, 51 %-nə Rusiya Federasiyası hökumətinə məxsus Bank VTB ASC sahibdir.

Pasha Bank – Pasha Holding səhmlərin 60 %-ə nəzarət edir. Əliyevin qayın-atası səhmlərinin 10 %-ə nəzarət edir. Lakin Paşa Bankın son ictimai maliyyə hesabatına əsasən (30 iyun 2014), Əliyevin qızları bankın əsas sahibidirlər və fəaliyyətinə ortaq şəkildə nəzarət edirlər.

Kapital Bank – Pasha Holding Kapital Bankın səhmlərinin 99,8 %-ə nəzarət edir, bank sənədlərinə əsasən əsas sahibləri kimi Leyla və Arzu Əliyeva qeyd olunublar. Maliyyə institutu ilk dəfə 1874-cü ildə fəaliyyətə başladığını və Bakıda yaradılmış ilk qənaət bank olduğunu iddia edir.

Xalq Bank – 2012-ci ildə Crowe Horwath tərəfindən  keçirilən müstəqil audit hesabatında Ideal Biznes Ko MMC (50 %), Yevro Standart MMC (34 %) və Avangard-1 MMC (16 %) Xalq Bankın səhmdarları kimi qeyd edilmişdir. Lakin, əsas sahibkarın L. Əliyeva olduğu göstərilmişdir. Bank 2004-cü ildə,  İlham Əliyev ilk Prezident seçildikdən sonra yaradılmışdır.

Silk Way Bank – Arzu Əliyeva Silk Way Bank səhmlərinin 29 %-nə nəzarət edir. Prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımov Silk Way Bank səhmlərinin Arzu Əliyevaya aid olduqlarını təsdiqləyib. Bank Silk Way Airlines və bir sıra hava şirkətləri ilə yanaşı SW Holding konglomeratının tərkib hissəsidir və birinci ailəyə aiddir. Birinci ailə tez-tez şəxsi səfərləru üçün Silk Way təyyarələrindən istifadə edir.

Expressbank – ADOR MMC səhmlərin 42 %-ə nəzarət edir. 2013-cü ilin audit hesabatı bankın əsas səhmdarı kimi ADOR MMC göstərmişdir. ADOR şirkətinin hüquqi ünvanı  Səməd Vurğun 7, Bakı şəhəridir. Bu ünvanda  Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızları Leyla və Arzu qeydiyyatdadırlar.

Azərbaycan Sənaye Bankı – Azərbaycan Sənaye Bankının 94% səhmlərinə sahib Anadolu İnvestisiya Şirkəti də Səməd Vurğun 7 ünvanında qeydiyyatdan keçib. 2008-ci ildə Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən aparılan araşdırmaya görə Anadolu şirkətinin təsisçilərindən biri  Əliyevlər ailəsinin biznesini idarə edən və prezidentin qızının Britaniyanın Virgin Adalarında üç offşor şirkətlərini qurmuş Həsən Gözəlin qardaşı qızıdır.

Bundan əlavə, hökumət rəsmiləri, onların ailə üzvləri və Prezident İlham Əliyevin yaxın əməkdaşlarının daha altı bankda mülkiyyət səhmləri var.

Bunlara həmçinin daxildir:

AFB Bank – onun səhmlərinin 99 %-i Gilan MMC-ə aiddir. Böyük daşınmaz əmlak və tikinti holdingi olan Gilan MMC Bakını 21-ci əsrin daha bir Ərəb Əmirliyi stilli özünü yenidən kəşf etməyə cəhd edən şəhər kimi qurulmasından çox faydalanmışdır.

Gilan MMC ana şirkəti United Enterprises-International Limited-dir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iki oğlu, Tale və Nicat Heydərov United Enterprises-International Limited şirkətinin direktorları kimi qeydiyyatdan keçib. 2012-ci ildə Tale Heydarov direktor vəzifəsindən imtina etdi. Nicat Heydərov isə bu vəzifədən Fevralın 5-i imtina etdi. Şirkətin hazırki katibi, David James Duqlas daha dörd yaxın şirkətə katiblik edir və şirkətin qeydiyyat ünvanını offşor cənnəti sayılan Kanal Adalarda keçirib.

Bank of Azerbaijan- Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Anar Məmmədov bir müddət bankın 81%-nə sahib olub. OCCRP araşdırmalarından biri Baghlan Group şirkətinin təsisçisi Hafiz Məmmədovla (heç bir qohumluq əlaqələri yoxdur) Ziya Məmmədovun bir çox ortaq biznes maraqları var.

Hal-hazırda bankın iki əsas səhmdarı Hafiz Məmmədovun iki oğlu Kənan və Sənandır. Onların hərəsi 44%-ə, əmiləri Mübariz Məmmədov isə 12%-ə sahibdir.

Bank BTB – Mehdiyeva Nigar İsmayıl qızı səhmlərin 75 %-ə nəzarət edir. O, Əliyevlə çox sıx əməkdaşlıq edən Prezident Administrasiyasının güclü rəhbərinin gəlinidir. O, həmçinin Müşahidə Şurasının da üzvüdür.

Bank Technique – Hazırki Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev ilə Xarici İqtisadi Əlaqələr Nazirliyində birlikdə çalışan Xəqani Bəşərovun bir çox şirkətdə payı var. Bəşərov Bank Technique-in  75 % səhmlərinə sahib şirkətin, Beaufort Investissements-in direktorudur.

Rəqabətin yoxluğu yüksək faiz dərəcələrindən başqa digər fəsadlara da səbəb olub.

Son üç il ərzində biz bank sektorunda çox da rəqabət görmürük, nəticə etibarı ilə və bəzi bankların xidmət səviyyəsi aşağı düşüb.

Zöhrab İsmayıl böyük şəffaflığın da lazım olduğunu qeyd etdi.

“Dövlət qulluqçularının aktivləri açıqlanması mühüm məsələdir. Müvafiq qanunvericiliyin olmasına baxmayaraq, hökümət 2005-ci ildən onu tətbiq etməyib. Bu qanunvericilik prezidentin ailə üzvlərinə və digər yüksək səviyyəli rəsmilərə, eləcə də Milli Məclisin üzvləri və müxalifət liderlərinə də şamil edilməlidir.”

Bu iki qrafik Əliyevlər ailəsinə və onların yaxınlarına aid holdinglərin banklardakı dəyərini göstərir. Göstəricilər 2013-cü il, Dekabr ayının 31-ə aiddir. Dollar dəyəri Fevralın 21-i manatın 33% dəyərdən düşməsini də nəzərə alır. Məbləğlər yuvarlaqlaşdırılıb.

bastainfo.com

%d bloqqer bunu bəyənir: