Parlamentin buraxılması tələb olundu

Sahib KerimliSahib Kərimli parlamentin buraxılması və bu tələblə imza toplanması təklifilə çıxış edib. “Parlamentin buraxılmasını protest elektoratın əsas tələbinə çevirmək lazımdır” deyən Sahib Kərimli hesab edir ki, bu yolla hakimiyyətin basqılarından da yayınmaq mümkün ola bilər. Sahib Kərimlinin yazısını təqdim edirik:

Parlamentin buraxılması və daha etimadlı xalq təmsiçiliyi kimi davranışlar mədəni dünyanın çoxdankı elementləridir. Hətta Qazaxıstan cəmiyyətində belə müzakirələr gedir və Parlament buraxıldı. Ölkədə multikulturalizm ili elan etmək boğazdan yuxarı deyilsə, İlham Əliyev belə təşəbbüslərə nəinki repressiyalarla cavab verməlidir, əkinə dəstək verməlidir.
Müxalifətin və vətəndaş cəmiyyətinin üzərinə də ciddi məsuliyyət düşür. Parlamentin buraxılmasını protest elektoratın əsas tələbinə çevirmək lazımdır. İlham Əliyevin şəxsini hədəf almadan, müvafiq mesaj verməklə repressiv basqılardan yayınmaq mümkün görünür. Prezident komandasını dəyişmək istəyir amma köklü islahatlar üçün iradə yoxdur. Yaxın vaxtlarda hamıya aydın olacaq ki, kosmetik dəyişikliklər, imitasiyalar real nəticələrə gətirməyəcək. Sistem qurulmalıdır!
Sonda reallığı hamı qəbul edəcək. Yeni parlament real islahat etməyə imkan verəcək.
Parlament buraxılsın tələbiylə başlayan fəaliyyətlərlə, protest elektoratı ciddi təşkilatlandırmaq mümkündür. Təşəbbüslər olmalı, ictimai fəallar prosesə qoşulmalıdır.
Ölkə boyu ciddi narazılıqlar var. Mitinqlər təşkil etmək üçün imkanlar məhduddur.
Amma çoxlu sayda narazı elektorat var, müxalifət nümayəndələrini fəaliyyətsizlikdə ittiham edənlər var, Parlament islahatlarının faydalı olacağını dərk edən seçkin qruplar var.
Parlamentin buraxılması və bu tələblə təyin olunan ilk mitinqdə iştiraka hazıram deyən yüz min adamı təşkilatlandırmaq lazımdır. Ölkə boyu imza yığılmalıdır. Müxalıfət, ictimai fəallar, könüllülər bunu bacara bilməlidir. Əgər cəmiyyət olaraq bunu bacara bilməyəcəyiksə, normal sistemdə yaşamağı haqq etmirik deməkdir.
Siyasətlə maraqlanırsan, sosial dövlət yoxdur, işsizəm deyirsən, məni fəaliyyətsizlikdə suçlayırsan, o zaman bu mətnə imza at.
Parlament buraxılsın deyən yüz min adam!

bastainfo.com

Bir cavab yazın