Türkiyədə intihar edən azərbaycanlı Eldar Həsənovun dayısı oğlu imiş

“Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda Fəxrəddin Əliyev adlı şəxs işləmir”

Azərbaycan İstanbuldakı Baş Konsulluğundan APA-ya verilən məlumata görə, F. Əliyevin Konsulluğa bağlı heç bir diplomatik fəaliyyəti olmayıb.

APA-nın Türkiyə müxbirinin araşdırmasına görə, bu gün intihar etdiyi bildirilən F. Əliyev Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarından biridir. O, “Farko” şirkətinin sahibidir.

F. Əliyev həmçinin Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi qurucularından olub. Bu birlik 2012-ci ilin iyununda yaranıb.

Azərbaycan Xarİci İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də Fəxrəddin Əliyevin XİN sistemində çalışmadığını söyləyib.

Bu gün Türkiyə KİV-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışan və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olan diplomat Fəxrəddin Əliyevin intihar etməsi barədə xəbər yayılıb.

Məlumata görə, hadisə İstanbulun Küçükçəkməcə rayonu ərazisindəki Səfaköy silah poliqonunda baş verib.

F. Əliyev öz sürücüsü ilə birlikdə poliqona gəlib. Silahla dəfələrlə hədəflərə atəş açan diplomat son gülləsini öz başına vurub. O, yerindəcə keçinib. Küçükçəkməcə əmniyyət müdirliyi (polis idarəsi) intiharın səbəblərini araşdırmaq üçün təhqiqata başlayıb. Diplomatın meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb.

Musavat.com mərhumun yaxınlarından biri ilə əlaqə yarada bilib. Adının çəkilməsini istəməyən yaxın qohum müxbirimizə bildirib ki, F. Əliyev XİN sistemində işləmirdi: “O, İstanbulda yaşayırdi və uzun illər idi ki, bizneslə məşğul olurdu. Bu hadisənin intihar olduğuna inanmırıq. Onun özünə qəsd edəcək heç bir durumu yox idi. Biz bu məsələnin ciddi araşdırılmasını istəyirik”.
Mərhum Yasamaldakı ailə qəbristanlığında dəfn olunub.
Bir önəmli detal da budur ki, Fəxrəddin Əliyev Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun dayısı oğludur. Eyni zamanda, o, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılla da bacanaqdır.

mem2

bastainfo.com

Bir cavab yazın