“Azərbaycan-Qərb münasibətləri” mövzusunda növbəti diskussiya – Video

23 yanvar 2016-cı il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Siyasi-analitik Klubunun (SAK) təşkilatçılığı ilə “Azərbaycan-Qərb münasibətləri”mövzusunda növbəti diskussiya keçirildi.

Tədbiri giriş sözü ilə BAO Mərkəzi Şurasının üzvü Şirvani Ədilli açdı. Sonra tanınmış siyasi xadim, Müsavat Partiyasının sədri Arif Hacılı mövzu üzrə geniş məruzə ilə çıxış etdi. O, qərbyönümlü siyasətə üstünlük verdiyini vurğuladl: “Rusiya Qarabağın işğal olunmasında iştirak edib. Biz bu dövlətlə necə yaxın ola bilərik? İndiki durumda Qərb ölkələri bizim təbii müttəfiqimiz olur.  Bu siyasətin əsası ötən əsrin əvvəlində müsavatçılar tərəfindən qoyulub. Bunu Avropalılaşma da adlandırırdılar. Avropalaşma o demək deyil ki, onların adət ənənələrini qəbul etməliyik. Öz milli dəyərlərimizi qoruyub saxlamalıyıq. Avropanın demokratik dəyərlərini qəbul etməliyik. Əslində biz nə rusiyaçı, nə də avropaçı olmuruq, biz ilk növbədə Azərbaycançı olmalıyıq, Azərbaycanın müstəqilliyini, milli maraqlarını əsas götürməliyik. Xarici siyasətimiz Elçibəy hakimiyəti zamanı olduğu kimi olmalıdır.”

A.Hacılı həmçinin Natiq Ulubəyin sualına cavab olaraq Bütöv Azərbaycan məsələsinə də öz münasibətini bildirdi: “Bu gün İranda 30 milyon Azərbaycanlı mədəni haqlara da sahib deyil. Öz dilində məktəbləri belə yoxdur. Dünyanın heç bir ölkəsində belə bir hal yoxdur. Bu məsələ həmişə bizim diqqətimizdə olmalıdır. Əgər İran parçalanarsa və orada dövlətlər yaranarsa sözsüz ki, Güney Azərbaycanda müstəqil dövlət qurulmalıdır”.

Daha sonra  Bəxtiyar Tuncay, Nəcəfalı Cahangirli, Natiq Ulubəy, Faiq Ələkbərov, Zahir Əlisoy və b. məruzəçiyə verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlərlə diskussiyanı davam etdirdilər.

y

 

 

 

 

 

 

 

b

 

 

 

 

 

 

 

h

 

 

 

 

 

 

 

u

 

 

 

 

 

 

 

i

 

 

 

 

 

 

 

y

 

 

 

 

 

 

 

jk

 

 

 

 

 

 

 

yt

 

 

 

 

 

 

 

 

bastainfo.com

 

Bir cavab yazın