Məktəbdə növbəti döyülmə faktı- Bu dəfə qadın direktor kişi müəllimi döydü

Bu gün Qazeta.info -ya Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbində çalışan  bir qrup müəllimin imzası ilə yuxarıda adı çəkilən məktəbin direktoru Mənsura Şahverənovanın özbaşınalığını əks etdirən şikayət ərizəsi ilə  müraciət daxil olub.

Müəllimlərin müraciətində bildirilir ki, çalışdıqları məktəbdə direktorun qanunsuz əməlləri ilə bağlı respublikamızın prezidenti və digər dövlət məmurlarımıza dəfələrlə şikayət ərizəsi yazılıb.Məsələnin həll olunması üçün rayon rəhbərliyinə müvafiq tapşırıq verilsə də Mənsura Şahverənovanın əməllərinə rayon rəhbərliyi hansı səbəbdənsə göz yumur.

Məlumata görə növbəti şikayətdən xəbər tutan xanım direktor şikayət etdiklərinə görə həmin müəllimləri hədələməyə başlayıb. Lakin bu prosesi öz telefonu ilə lentə almağa çalışan və 17 ildir yuxarıda adı çəkilən məktəbdə müəllim işləyən 58 yaşlı Əmirov Qalabəy Tomar oğluna  bu iş baha başa gəlib.Belə ki, direktor Q.Əmirova hücum edərək kollektivin gözü önündə ona sillə atıb və bildirib ki, “get kimə göstərirsən göstər”

Bildirək ki, yuxarıda adı çəkilən məktəbdə direktorun özbaşınalığı ilə əlaqədar bir neçə ay öncə də Qazeta.info-ya şikayət ərizəsi daxil olmuşdu.Həmin şikayət ərizəsində də məktəb direktorunun maliyyə pozuntuları  və sinif otaqlarından birinin dükan kimi fəaliyyət göstərməsi əks olunmuşdu.

888

 

 

 

 

 

 

 

 

 

 

 

bastainfo.com

Bir cavab yazın