Polis iki oğlu həbsdə olan müsavatçıdan əl çəkmir

Polis iki oğlu həbsdə olan müsavatçıdan əl çəkmir. Bu gün 41 saylı polis bolməsindən özünü mayor Qəhrəmanov kimi təqdim edən şəxs Müsavatın Məclis üzüvü Raqif Kərimliyə zəng vuraraq, onu sorğu-suala tutub.

Sirac Ferec KerimliBu haqda məlumatı “Basta” əməkdaşı Raqif Kərimlinin özü ilə dəqiqləşdirib. Raqif Kərimli bildirib ki, ona övladlarının tutulaması ilə bağlı suallar verilib.

Raqif Kərimli Müsavat başqanının müavini, vicdan məhbusu Fərəc Kərimlinin atasıdır. Onun digər oglu Sirac Kərimli də siyasi motivlə şərlənərək həbs olunub.

Raqif Kərimli ailəsinin daim təqib altında olduğunu və onun yaşadığı evin qarşısında daim güdükçülərin dayandığını da bildirib.

bastainfo.com 

Bir cavab yazın