Amal Kluni: Xədicə İsmayılovanın azad olunmasına nail olacağıq

“Prosesə bir çox qeyri-hökumət təşkilatları da qoşulacaq”

Azərbaycanda həbs edilmiş məşhur jurnalist Xədicə İsmayılın vəkili Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan hökumətinə qarşı işi udacağına ümid edir.

Bu barədə xanım Kluni CNN kanalının aparıcısı Kristian Amanpura müsahibəsində bildirib.

Xədicə İsmayıla qarşı ittihamlar haqqında suala cavabda Amal Kluni bildirib ki, bu ittihamlar guya vergidən yayınma, mənimsəmə və sui-istifadə ilə bağlıdır. “Lakin əsl səbəb Əliyev rejiminin korrupsiyasının ifşasıdır”.

Əvvəlcə, onu özünü öldürmə həddinə çatdırmaqda ittiham etməyə çalışıblar, daha sonra digər əsassız ittihamlar irəli sürüblər, deyə vəkil bildirib.

“Avropa Məhkəməsinin ədalətli qərarına ümidimi itirmirəm. Prosesə bir çox qeyri-hökumət təşkilatları da qoşulacaq”, deyə o bildirib.

Kluni Xədicə İsmayılın azad ediləcəyinə nail olacağına və onunla görüşəcəyinə ümid etdiyini bildirib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib və sonradan 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

“Amnesty İnternational” və digər beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.

 

bastainfo.com

Bir cavab yazın