Müsavatçı gəncin qanunsuz həbsinə görə apelyasiya şikayəti verildi

Müsavat üzvü Elvin Paşayevin barəsində seçilən qanunsuz həbs qətimkan tədbirinin ləğv olunması və onun azad edilməsi  tələbilə bu gün Bakı Apelyasiya Məhkəməsinə şikayət verilib. Bu məlumatı “Basta” əməkdaşı həbsdəki müsavatçının vəkili Nemət Kərimlidən alıb.

Elvin Paşayev Müsavat Partiyası Qubadlı rayon təşkilatının və partiyanın gənclər təkilatının üzvüdür.  “Hədəf” hazırlıq kursunun müəllim işləyir, ali təhsilli filoloqdur. O, dərsə gedərkən cibində 65 qram tiryək aprmaqda ittiham olunur. Müsavat Partiyası bu ittihamın əsas olması haqqında bəyanat qəbul edib. Elvin Paşayevin ailə üzvləri onun həbsinin siyasi motivli sayır və Sumqayıt Dövlət Universitetindəki rüşvətxorluq haqqında yazıları ilə əlaqədar olduğunu bildirirlər.

Bastainfo.com

Bir cavab yazın