Müsavatçı mühacirlər Fransada təşkilat yaratdı

Bu gün – yanvarın 31-də Fransanın Laval şəhərində mühacir həyatı yaşayan müsavatçılar yeni təşkilat təsis ediblər. Bu haqda “Basta”ya təsis toplantısnd iştirak edən Müsavatın Məclis üzvü Nigar Yaqublu məlumat verib. Nigar Yaqublu bildirib ki, Müsavat Partiyasına bağlı bu təşkilatın təsis iclasının məhz bu günə təyin olunması təsadüfi deyil: “Ulu öndər Məmməd Əmin Rəsulzadənin doğum günündə təşkilatın yaranmasına səbəb Rəsulzadənin yolunu davam etdirmək, Müsavat ideallarının ölkə hüdudlarından kənarda təbliğ olunması və yaşadılmasıdır. Bu təşkilatın yaranması təşəbbüsü Zamanov Ramin tərəfindən gəlib. Zamanovlar ailəsinin qonaği olaraq, bu təşkilatın yaranmasında iştirak etmək mənə də nəsib oldu”.

bastainfo.com

One thought on “Müsavatçı mühacirlər Fransada təşkilat yaratdı

Bir cavab yazın