Rəsulzadənin portreti söküldü: yerində reklam lövhəsi asıldı – FOTOLAR

“28 May” Metrostansiyasında Məhəmməd Əmin Rəsulzadənin portretinin yerində “Kristal Abşeron”un reklamı yerləşdirilib

Bu barədə arqument.az-ın əməkdaşı məlumat verib.

Belə ki, təmirdən öncə stansiyada demokratik Azərbaycan Respubliksının qurucusu Məhəmməd Əmin Rəsulzadənin portreti vardı. Amma indi şəklin yerində tikdiyi mənzilləri 20 illik ipoteka krediti adı ilə camaata 150-200 min manata satan “Kristal Abşeron”un reklamı yerləşdirilib.

Qeyd edək ki, təmirdən sonra Rəsulzadənin metroda divarın üzərinə həkk olunmuş şəklinin yığışdırılacağı barədə məlumatlar yayılmışdı. Artıq məlumatlar təsdiqini tapdı. Yəqin aidiyyatı qurumların da bununla bağlı açıqlaması olacaq.

1454242048_9

 

 

 

 

 

 

 

 

 

bastainfo.com

One thought on “Rəsulzadənin portreti söküldü: yerində reklam lövhəsi asıldı – FOTOLAR

Bir cavab yazın