İlham Əliyev Almaniyadadır – rəsmilər dövlət başçısını qarşılamadı

Ölkə başçısı İlham Əliyev Almaniyada səfərdədir. APA-nın məlumatlna görə, səfərin məqsədi 52-ci Münhen Təhlükəzislik Konfrasında iştirak etməkdir.
Dövlət başçısı konfrans çərçivəsində bu gün keçirilən “Neftin qiymətinin aşağı düşməsi geopolitikası üzrə enerji siyasəti” mövzusunda dəyirmi masada iştirak edib.
Bizim şərh: Rəsmi məlumatda İlham Əliyevin Almaniyada hər hansı bir rəsmi şəxs tərəfindən qarşılandığı, yaxud görüş keçirəcəyi haqqında məlumat verilmir. Qeyd edək ki, İlham Əliyev 2015-ci ilin iyul ayının 13-də keçirilən Nazirlər Kabinetinin iclasında Almaniya əleyhinə sərt çıxış etmişdi.
“Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur. Ona görə, Almaniya Bundestaqı kimdir ki, anti-Azərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun”, – İlham Əliyev demişdi. Bu çıxışın fonunda dövlət başçısını Almaniyaya səfər etməyə məcbur edəb səbəblər maraq doğurur.
 
bastainfo.com

 

Bir cavab yazın