Ukrayna Rusiyanın yük maşınlarını yarıyolda qoydu

Ukrayna və Belarusun  sərhəddində Rusiya nömrələri ilə yükdaşıyan TIR-ların uzun növbəsi yaranıb. “İnterfaks” məlumat verir ki, bu vəziyyət Belarus və Litva sərhəddində də qeydə alınıb.  Buna  səbəb Ukraynanın Zakarpatye  bölgəsində Rusiya  TIR-larının  hərəkətinin  qarşısını almaq üçün başlayan aksiya oldu.

Cümə axşamı Belarus Dövlət Sərhəd Komitəsi (DSK) Litva və Latviya Respublikası ilə sərhəddə növbə gözləyən Rusiya yükdaşıyanlarının artdığını bildirib.

“Avtomaydan iştirakçıları Volında qeydiyyat məntəqəsinin qarşısında Rusiya qeydiyyatında olan maşınların yolunu bağlamaq üçün toplaşıb”, – DSK mətbuat katibi Aleksandr Tişenko “İnterfaksa” belə deyib. Tişenko bildirib ki, bu vəziyyət  Macarıstan və Slovakiya istiqamətində də Rusiya yük maşınlarının hərəkətinə çətinlik yaradacaq.

Heybət Əmrah, Bastainfo.com

Bir cavab yazın