Müsavat Türkiyə xalqına başsağlığı verdi

 

Müsavat Partiyası fevral ayının 17-də Ankarada azı 28 nəfərin ölümü, 60-dan çox adamın yaralanması ilə nəticələnən terror hadisəsinə görə hiddətləndiyini bildirir və terrorun hər hansı təzahürlərini qətiyyətlə pislədiyini bir daha bəyan edir.

Müsavat Partiyası baş verən terror hadisəsini Türkiyəni şər qüvvələrə və terrorizmə qarşı apardığı prinsipial mübarizədən çəkindirmək cəhdlərindən biri kimi qiymətləndirir.

Türkiyənin bu terror hadisələrinə görə sarsılmayacağına, öz haqlı mübarizəsini dünyanın mütərəqqi qüvvələri ilə birlikdə daha qətiyyətlə davam etdirəcəyinə və qalib gələcəyinə əminliyini ifadə edir.

Müsavat Partiyası terror nəticəsində həlak olanların yaxınlarına baş sağlığı verir. Bu ağır gündə qardaş Türkiyə xalqının yanında olduğunu bir daha bəyan edir.

Allah rəhmət eləsin!

 18 fevral 2016-cı il

 

 

Bastainfo.com

Bir cavab yazın