Xocalı soyqırımını tanıyan ABŞ ştatlarının sayı 20-yə çatıb

ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok (Steve Bullock) rəsmi bəyanat imzalayaraq, Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevralı Xocalını Anma günü olaraq tanımağa və yad etməyə çağırıb.

 

Bu barədə APA-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib. Baş Konsulluğa daxil olan sənəddə Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib.

Bu bəyanat, Montana ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir. S. Bulok bəyanatda bildirir: “Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla, münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk”.

Sənədin sonunda 26 fevral 2016-cı il tarixinin Montanada Xocalını Anma günü elan edildiyi vurğulanır.

Qeyd edək ki, bu sənədlə ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 20-yə çatıb.

 

 

Bastainfo.com

Bir cavab yazın