Rusiyadan Türkiyəyə nüvə silahı təhdidi – Sensasion iddia

Amerikalı jurnalist Robert Perri Türkiyə və Rusiya arasındakı yaranmış böhranla bağlı sensasion bir iddia irəli sürüb. 
Avropa.info xəbər verir ki, Perri korlanan Rusiya-Türkiyə münasibətlərinə münasibət bildirdiyi yazısında Putinin Türkiyəni nüvə silahı ilə vurmağa hazır olduğunu söyləyib.
“Rusiya prezidenti Vladimir Putinə yaxın bir mənbənin mənə verdiyi məlumata görə, ruslar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq ediblər. Xəbərdarlıqda Türkiyə və Səudiyyə Ərəbistanının Suriyaya girəcəyi təqdirdə Moskvanın lazım gələrsə nüvə silahından da istifadə etməyə hazır olduğu bildirilir”.
Türkiyə Suriya sərhədinə yığdığı yüz minlərlə əsgər və Səudiyyə Ərəbistanı yüksək texnologiyalı silahları ilə dediklərini edərlər və müxalifləri Rusiyanın dəstəklədiyi Suriya hökumətinin hücumundan qorumaq üçün hərbi müdaxiləyə gedərlərsə o zaman Rusiya da Suriyadakı 20 minə yaxın hərbçisini qorumaq üçün bir qərar vermək məcburiyyətində qalacaq.

Bir cavab yazın