Prezident özünə 800 min dollarlıq ad günü keçirdi – Ac xalqdan yığılan pulla

92 yaşlı Zimbabve prezidenti Robert Muqabe 800 min dollara ad günü qeyd edib. Buna görə də o, müxalifət tərəfindən ciddi tənqid olunub. Çünki ölkədə quraqlığa görə ərzaq problemi yaşanır.
Bastainfo.com musavat.com-a istinadən xəbər verir ki, prezidentin ad günü Böyük Zimbabve adlanan qədim daş xarabalığında keçirilib.
Ad günündə xarici diplomatlar, məktəblilər və məmurlarda daxil olmaqla on minlərlə insan iştirak edib.
Müxalifət bildirib ki, ad günü üçün pul yerli əhalidən yığılıb.Adi vətəndaşlardan hər evdən bir dollar, məmurlardan isə üç dollar toplanıb.
Bastainfo.com

Bir cavab yazın