Dollar uçur – 1.85 – 2 manat – BU GÜN

Son günlər üçüncü devalivsiyanın olacağıyla bağlı dolaşan xəbərlər deyəsən təsdiqini tapmaqdadır.

Politika.Az jam.az-a istinadən xəbər verir ki, dünən 1 dollar 1.60 manat olduqdan sonra daxili bazarda narahatlıqlar artmağa başlayıb.

Bu gün axşam saatlarından isə dollar coşub. Belə ki, qara bazarda axşam saatlarında 1 dollar 1.85 manata satılıb.Bu rəqəm 2 manat da ola bilər
Ajiotajın hansı səbəbdən yarandığı məlum deyil.

Xatırladaq ki, Mərkəzi Bank növbəti devalivasiyanın olmayacağını bəyan edib.

Bizim şərh: Dollar yenə sürətlə bahalaşdı. Hakimiyyətin maliyyə siyasəti o qədər yanlışdır ki, hətta dünya bazarında neftin qiyməti artanda belə, manat yenə ucuzlaşır. Bu, ölkədə qiymətlərin növbəti artımına səbəb olacaq, biznes bir az da çökəcək…

Bastainfo.com

One thought on “Dollar uçur – 1.85 – 2 manat – BU GÜN

Bir cavab yazın