Sabiq icra başçısı şeypur çalmaq istədi – VİDEO

Onun yanında müavini də olub.

Son günlər adı medianın gündəmindən düşməyən Salyanın sabiq icra başçısıTahir Kərimovla bağlı daha bir qalmaqallı video yayılıb.

Politika.az saytı bu haqda xəbər yayıb. Sayt öz mənbələrinə istinadən iddia edib ki, Tahir Kərimovun işdən çıxarılmasına səbəb məhz bu video olub.

O, müavini Rəşad Cəbrayılovla birlikdə iclasda şeypur çalırmış.

Musavat.com bu videonun həqiqətən də Tahir Kərimova aid olub-olmadığını dəqiqləşdirmək istəyib.

Bir neçə mənbə bildirib ki, videodakılar həqiqətən də Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovla müavini Rəşad Cəbrayılovdur. Lakin keçmiş başçının nədən bu addımı atdığı haqda məlumat əldə etmək mümkün olmayıb.

Videonu təqdim edirik:

bastainfo.com

Bir cavab yazın