​Rauf Mirqədirov azadlığa buraxıldı – VİDEO

Vəkil: ”Aydındır ki, mən qərarla razı deyiləm, amma hökmün saxlanılmasındansa, bu, daha yaxşıdır. Çünki Rauf azadlığa çıxdı”

Martın 17-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, jurnalistə 5 il şərti həbs cəzası verilib.

O, məhkəmə zalındanazadlığa buraxılıb.

Qərarı Meydan TV-yə şərh edən vəkil Fuad Ağayev bildirib ki, onların apellyasiya şikayətləri təmin olunmayıb: “Biz birinci instansiya hökmünün ləğvini və bəraət hökmünün çıxarılmasını xahiş etmişdik. Məhkəmə Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirdi. Raufa təyin olunmuş cəza sınaq müddəti tətbiq olunmaqla şərti hesab edildi.  Aydındır ki, mən qərarla razı deyiləm, amma hökmün saxlanılmasındansa, bu, daha yaxşıdır. Çünki Rauf azadlığa çıxdı”.

Vəkil Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib-etməmək haqda suala belə cavab verib: “Gəlin, bu dərəcədə irəliyə qaçmayaq”.

R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Jurnalistlər həbsdən azad olunmuş Rauf Mirqədirovla


Bastainfo.com

Bir cavab yazın