Hakimiyyət Dünya Bankından 140 milyon dollar borc aldı

Dünya Bankı Azərbaycana 140 milyon dollar həcmində maliyyə vəsaiti ayırıb.

APA-nın məlumatına görə, bu barədə Dünya Bankının mətbuat xidməti xəbər verib.

Xəbərdə deyilir ki, Azərbaycan hökuməti Bakı-Şamaxı avtomobil yolunun dörd zolağadək genişləndirilməsi üçün bankdan əlavə maliyyə vəsaiti almaq üçün müraciət edibmiş.

Mətbuat xidmətinin məlumatındа həmçinin bildirilir ki, Dünya Bankı eyni zamanda Belarusa büdcə vəsaitlərinin idarəetməsi sisteminin təkmilləşdirilməsi üçün 10 milyon ABŞ dolları ayırıb.

Bizim şərh: Həm maliyyə naziri Samir Şərifov, həm də ölkə başçısı İlham Əliyev Dünya Bankından borc istədikləri haqda məlumatları inkar etmişdilər. “Özümüz bütün dünyaya borc verə bilərik”, – deyirdilər. Amma borc istəyiblər və bir qismini artıq aldılar…

Digər tərəfdən,  yol tikintisi Azərbaycanda büdcə pullarının dağıdıldlğı əsas sahə sayılır. Bakı-Şamaxı yolu yeni təmir olunub və ölkə başçısı bu yolun “Avropa standartlarına uyğun olması” ilə öyünüb. Böhranın dərinləşməkdə olduğu bu dövrdə Şamaxı yolunun  təmiri adı ilə xaricdən borc alınması, zənnimizcə, Azərbaycanın korrupsiya sisteminin qidalandırılması məqsədi ilə atılmış addımdır. 

Bastainfo.com

Bir cavab yazın