Daha bir Azadlıq mücahidi əbədiyyətə qovuşdu – Vətənindən niskilli

Elə insanlar var ki, onların dünyadan gedişı sözün əsl mənasında təəssüf doğurur. Əlqəmə Alxan oğlu Xəlilov uzun yolun yolçularından idi. AXC – nın Qubadlı Rayon Təşkilatının  qurucularından, Müsavat Partiyası Qubadlı Rayon Təşkilatının fəal üzvü, sədr müavini idi.

Onun keçdiyi şərəfli yol örnək olacaq qədər ali idi.

O, bir Azadlıq mücahidi idi, avtoritar rejimin qanunsuzluqlarına  etiraz etməkdən çəkinməzdi. O, bir Vətən fədaisi idi, vətənindən uzaq qalsa da, ürəyindəki vətən eşqi zərrə qədər də, azalmamışdı.

Bəzən insanlar  yaşı neçə olur olsun, “övladlarını yerbəyer etdi, daha nə dərdi qaldı ki?” – deyib təsəlli verərlər.

Əlqəmə bəyin ən böyük dərdi Vətən dərdi idi. ”Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” – deyən Əlqəmə bəy o niskili özü ilə apardı.

Ən təəssüf doğuran hal bilirsiniz nədi? İllər boyu Vətənin Azadlığı uğrunda mübarizə aparan, rejimin yaratdığı bütün məhdudiyyətlərə baxmayaq sivil, demokratik cəmiyyət arzusu ilə yanıb-tutuşan Azadlıq mücahidinin, o Azadlığa qovuşmamış bu dünyadan köç edib, getməsi…

Dəfn mərasiminə Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı, Müsavat Partiyası Qubadlı Rayon Təşkilatının sədri Nazim Azadoğlu, Müsavat Məclisinin Gender  Komissiyasının  sədri Könül Alı, Müsavat Partiyası Sumqayıt Şəhər Təşkilatının sədri Fəxrəddin Abbas və bir çox müsavatçılar qatıldılar.

Əlqəmə bəyi dostları canından artıq sevdiyi Vətənin üç rəngli bayrağına bükdülər. Müsavatçıların onun cənazəsinə girib heç kimi yaxına buraxmamsı  ailəsinə və övladlarına qürur hissi yaşatdı. Biz müsavatçılar mübarizəsini sona çatdırmamış bu dünyadan köçən əqidə dostlarımızın yolunu daima davam etdirəcəyik.

Ancaq xalqımızın Azadlığına qovuşduğu gün onların ruhu şad olacaq.

Allah rəhmət eləsin!

Könül Alı, Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: