Moskvada olay – Azərbaycan konsulluğunun əməkdaşı döyüldü

Rusiyadakı Azərbaycan konsulluğunun əməkdaşı döyülüb.

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskvada polis idarəsinə Azərbaycan konsulluğunun əməkdaşına hücum edildiyi barədə məlumat daxil olub.

Məlumata əsasən, münaqişə taksi sürücüsü ilə sərnişin arasında baş verib. Zərərçəkmiş şəxs Azərbaycan konsulluğunun əməkdaşı olduğunu iddia edib.

Konyuşkovski küçəsində maşından düşərək əlbəyaxa dava edən 2 nəfəri yaxınlıqdan keçən maşınların sürücüləri ayırıb. Hadisə yerinə polis və təcili tibbi yardım maşını çağırılıb.

Zərərçəkmişin sözlərinə görə, sürücü ilə dava hələ yol gedərkən başlayıb, daha sonra isə küçədə əlbəyaxa davaya qədər böyüyüb.

 

 

Bastainfo.com

Bir cavab yazın