Türkiyə ilk matçına çıxır – Haydı irəli!

Bu gün Avropa çempionatında daha üç qarşılaşma baş tutacaq.  Günün ilk oyununda Türkiyə millisi Xorvatiya ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq, TRT 1 və İTV vasitəsilə canlı olaraq yayımlanacaq.

“Ay-ulduzlular” qitə çempionatına prinsipial rəqiblə oyundakı qələbə ilə start vermək istəyir. Fatih Terimin yetirmələri balkanlıları yenəcəyi təqdirdə qrupdan çıxmaq yolunda da böyük addım atmış olacaq. Xorvatların da hədəfi qələbədir. Aşkar favoritin İspaniya olduğu qrupda üç komanda ikincilik uğrunda savaşacaq ki, bunun üçün də öz aralarındakı oyunlar həlledici olacaq.

Apasport.az saytının məlumatına görə, sonrakı iki oyunda isə C qrupundan olan komandalar mübarizəyə qoşulacaqlar. Əvvəlcə Polşa Şimali İrlandiya, daha sonra isə Almaniya Ukrayna ilə gücünü sınayacaq.

Ənənəvi olaraq bütün turnirlərin favoriti olan bundestim bu dəfə nəinki qrupun, bütün birinciliyin əsas çempionluq namizədidir. Ukraynanın güclü rəqibi qarşısında ən yaxşı halda əzmkar çıxışına ümid etmək olar.

bastainfo.com

Bir cavab yazın