Rüfət Səfərov yenidən istintaqa dəvət edildi

Rüfət Səfərov yenidən Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Rəşad Bəşirov tərəfindən bu gün saat 17-00-da istintaqa dəvət edilib. Bu barədə Rüfət Səfərov özünün facebook səhifəsində yazıb.

Rüfət Səfərov yazır:

“Kütləvi informasiya vasitələrinin və dostlarımın diqqətinə: Az öncə. Yeddi aydır ki, ibtidai istintaq davam edir. Əsassız surətdə ibtidai istintaqın, alternativ qətimkan tədbiri olaraq ev dustaqlığının müddət uzadılır, hərçənd ki, faktiki olaraq heç bir istintaq hərəkəti aparılmır. Bu, məni narahat etmir, çünki ciddi və açıq addımı atmamışdan qabaq yaxın, orta və uzaq perspektivdə nələrin gözlədiyini hesablamışdım. Yeganə narahatçılığım ondan ibarətdir ki, mənə görə xəstə ailə üzvlərim, xüsusilə, 82 yaşlı sevgili nənəm repressiya maşınının təkərləri altında haldan-hala düşür. Hər şeyə rəğmən fikir və görüşlərimdə qərarlıyam!!!”

 

Bastainfo.com

Bir cavab yazın