Çempionlar liqasında ilk oyunları keçirildi – NƏTİCƏLƏR

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

“Qarabağ” Lüksemburq çempionu “Düdelanj”ı qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Qarabağ” 2:0 hesabı ilə qalib gəlib.

Matçın taleyi birinci hissədə həll olunub. Hər iki qoların müəllifi Almeyda olub. Bu komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”la bərabər daha 9 cüt ilk oyunlarını keçiriblər.

Ümumi nəticələri təqim edirik.

Çempionlar Liqası

II təsnifat mərhələsi (ilk oyunlar)

 

“Zrinski” (Bosniya və Herseqovina) – “Legiya” (Polşa) – 1:1

Qollar: Matiya Katanets, 57 – Nemanya Nikoliç, 49

 

“Dinamo” (Tiflis, Gürcüstan) – “Alaşkert” (Ermənistan) – 2:0

Qollar: Otar Kiteişvili, 55. Georgi Kvilitaya, 69 (pen.)

 

“Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) – 2:0

Qollar: Riçard Almeyda, 10 (pen.), 27

 

“Hapoel” (Beyer-Şeva, İsrail) – “Şerif” (Moldova) – 3:2

Qollar:  Con Oqu, 43, Elyaniv Barda, 52, Radi, 90 – Yosip İvançiç, 22, Yosip Brezovets, 64

 

BATE (Belarus) – SJK (Finlandiya) – 2:0

Qollar: Yuri Kendış, 32. Vitali Rodionov, 68

 

“Linkoln” (Cəbəllütariq) – “Seltik” (Şotlandiya) – 1:0

Qol: Li Kassiaro, 48

 

TNS (Uels) – APOEL (Kipr) – 0:0

 

“Valletta” (Malta) – “Srvena Zvezda” (Serbiya) – 1:2

Qollar: Federiko Falkone, 15 – Aleksandar Katay, 66, Predraq Sikimiç, 75

 

“Zalsburq” (Avstriya) – “Liepaya” (Latviya) – 1:0

Qol: Soriano, 83

 

“Vardar” (Makedoniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:2

Qollar: Hambardzumyan, 54 – Nemanya Mujişkoviç, 21 (öz qapısına), Marko Roq, 30

Bir cavab yazın