Xədicə İsmayıldan “etiraf”

“Bir etiraf edim. Həbsdə ikən mən də Darıxıram şeiri yazmışdım. Təcridxanadan həbsxanaya köçəndə dəftərlərimi evə göndərəndə bərk-bərk tapşırdım ki, yaymasınlar”.

Bö sözləri araşdırmaçı jurnalist, keçmiş vicdan məhbusu Xədicə İsmayıl özünün feysbuk səhifəsində yazıb.

Xədicə İsmayılın bu “etirafı” sosial şəbəkədə müzakirəyə səbəb olub.

Xatırladaq ki, Müsavat başqanı, keçmiş vicdan məhbusu Arif Hacılının həbsxanada yazdığı “Darıxıram” şeri, onun tənqidçilərinin əsas arqumentinə çevrilmişdi.

Xədicə İsmayılın statusuna yarızarafat, yarıgerçək yazılan bəzi şərhləri təqdim edirik:

Anar Məmmədli: Darıxmaq normal insani hissdir, sadəcə elə darıxmaq lazımdır ki, yaxınların bundan əziyyət çəkməsin

Azad Türk: Təki sizin də yeganə “qəbahətiniz” darıxıram şeri yazmağınız olaydı, Xədicə xanım.

Azər İsmayıl:  Yaymamaq əsas mətləbi kölgəyə qoymur. Normaldı. Türmənin cinayətkar zümrəsi “Dolya vorovskaya” yazır, siyasi zümrəsi də “Darıxıram” yazmaq ənənəsini qoydu. “Hər siyasi məhbus bir bənd yazsın” təşəbbüsü qaldırmaq lazımdı. Barış və dostluq təşəbbüsləri də alqışlanmalıdır. Bəsdir didişdiz”.

Qabil Novruz: Yayılanda nə olası idi ki? Şer yazmaq ayıb deyil ki. Oxusaydıq yaxşı olardı.

Əfqan Muxtarlı:  Məlum oldu ki, darıxmaq günah deyil, darıxdığını dilə gətirmək günahdır.

Bastainfo.com

Bir cavab yazın