Arif Hacılı: “Uşaqların da həlak olması ilə ilə nəticələnən terror aktı xəbərindən sarsıldıq”

Fransanın ən böyük şəhərlərindən olan Nice şəhərində Fransanın Milli bayramı münasibəti ilə keçirilən xüsusi tədbirdə terror baş verdi. 80 -dən çox ölən, 120-dən çox yaralanan var. Həlak olanların arasında çox sayda uşaqların da, olduğu deyilir. Müsavat başqanı Arif Hacılı baş verən terrora münasibətini bildirib və Fransa xalqına başsağlığını verib.

“Fransaya qarşı növbəti terror hücumu oldu.

84 həlak olan, 100 dən artıq yaralı var.

Uşaqların da həlak olması ilə ilə nəticələnən terror aktı xəbərindən sarsıldıq.

Hücum planlı şəkildə Fransanın Milli Bayramı günündə həyata keçirilib.

Son terror aksiyasından 3 ay keçməmiş azadlıq simvollarından biri olan Fransada, bayram günündə belə terror hadisəsinin törədilməsi göstərir ki, terrorçuların hədəfi həm də insan haqları, azadlıqlardır.

Bəşəriyyətin azad, firavan gələcəyini düşünən hər kəs terrorun kökünün kəsilməsi uğrunda mübarizəyə öz tövhəsini verməli, dünya gücləri antiterror fəaliyyətlərinin təsirini
və səmərəliliyini artırmalıdır.

Həlak olanların ailə üzvlərinə, yaxınlarına, bütün Fransa xalqına başsağlığı verirəm.

Allah yaralılara şəfa versin.”

Yazı Arif Hacılının facebook səhifəsindən götürülüb.

 

Bastainfo.com



This post has been seen 393 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: