Suriya qaçqını Almaniyada terror törətdi

Ötən gecə Almaniyanın Ansbax şəhərində restoranın qarşısında partlayış baş verib.

Partlayış nəticəsində 14 nəfər xəsarət alıb, onlardan üç nəfər ağır vəziyyətdədir.

Şəhər meri Karda Zaydelin sözlərinə görə, hadisəyə səbəb partlaycı qurğu olub.

Partlayıcı qurğunu işə salan şəxsin kimliyi artıq müəyyən edilib.

Partlayışda 27 yaşlı Suriya vətəndaşı şübhəli bilinir, hadisə zamanı onun özü də ölüb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Bavariyanın daxili işlər naziri İoahim Herrmann bildirib.

DİN rəhbərinin sözlərinə görə, o, Almaniyaya iki il öncə gəlib, bir il əvvəl suriyalının qaçqın statusu verilmə xahişi rədd edilib.

Polisin məlumatına görə, ölən suriyalı iki dəfə intihara cəhd edib.

Bir cavab yazın