Ekspert: “Daha 3-4 bank lisenziyadan məhrum edilə bilər”

Yaxın dövrlərdə daha 3-4 bankın “qara kağız” almaq ehtimalı var. Bu, onların depozit portfelinin kiçikliyi ilə əlaqədardır.  İqtisadçı Samir Əliyev belə hesab edir.

Onun sözlərinə görə, bankların maliyyə problemlərinin aradan qaldırılması, sağlamlaşdırılması onları bağlanmaq təhlükəsindən xilas etməyəcək. “Bankların sağlamlaşdırılması və bağlanması prosesi şəffaf aparılmadığından qərarların subyektiv şəkildə verilməkdə davam edəcəyini deməyə əsas verir”, – ekspert hesab edir.

S.Əliyev bildirib ki, manat getdikcə mövqelərinin itirir və proses zəif olsa belə davam edəcək. Dollar kreditlərinin qaytarılması problem banklar üçün işə düşməsi “yavaşıdılan mina” rolunu oynamaqda davam edir. Real sektor zəif inkişaf etdiyindən və getdikcə də kiçildiyindən bankların fəaliyyəti məhdudlaşdır. Odur ki, bankların kapitallaşması onları bir müddət qorusa da gələcəkdə iflasdan xilas edə bilməyəcək.

“Ona görə də Maliyyə Bazarlarına Nəzarət Palatasının addımını heç də bankların tələbləri yerinə yetirə bilməməsinin səbəbi kimi göstərmək olmaz. Qərarlar daha çox strateji xarakter daşıyır. Yəni, bankların getdikcə sayının azaldılması prioritet olaraq qalacaq. Ona görə də banklar təcili birləşməyə qərar verməlidir”, – S.Əliyev “Turan”a bildirib.

Son 2 ildə 12 bankın lisenziyası geri alınıb. Hazırda Azərbaycanda 33 bank fəaliyyət göstərir.

Bastainfo.com

Bir cavab yazın