Arif Hacılı hakimiyyətə sual verdi

“Yüz il əvvəl Cümhuriyyət qurmuş bir xalqı indi şahlıq, padişahlıq dövrünəmi qaytarmaq istəyirsiniz?”

Bu sözləri Müsavat başqanı Arif Hacılı “Azərbaycan” qəzetinə müsahibəsində Konstitusiyaya dəyişikliklərlə bağlı layihədə aşağı yaş məhdudiyyətinin götürülməsini dəyərləndirən baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibi Əli Əhmədovun fikirlətinə münasibət bildirərkən özünün facebook səhifəsində yazıb.

“Əli Əhmədov əslində XIX, XVI və daha qədim dövrlərin dövlət quruluşlarını nümunə göstərməklə təmsil etdiyi hakimiyyətin Azərbaycanı haraya sürükləmək istədiyini ifadə edib.

Yüz il əvvəl Cümhuriyyət qurmuş bir xalqı indi şahlıq, padişahlıq dövrünəmi qaytarmaq istəyirsiniz? Və bu əlinizdən gələcək deyəmi düşünürsünüz?”, – Arif Hacılı yazıb.

 

«Yadıma qədim tarixdən Makedoniyalı İsgəndər, orta əsrlərdən Şah İsmayıl Xətai, yeni tarixdən Napoleon düşür. Hər üçü çox gənc yaşlarında dövlətin başında durub, misilsiz xariqələr göstərib. Şah İsmayıl Xətai 14 yaşında, Makedoniyalı İsgəndər 20 yaşında, Napoleon da ondan azacıq artıq yaşda dövlət başına keçiblər. Bəşəriyyətin tarixini onlarsız təsəvvür etmək, sadəcə, mümkün deyildir».

Bunu «Azərbaycan» qəzetinə müsahibəsində Konstitusiyaya dəyişikliklərlə bağlı layihədə aşağı yaş məhdudiyyətinin götürülməsini dəyərləndirən baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibi Əli Əhmədov deyib.

Bastainfo.com

Bir cavab yazın