Müsavat sentyabrın 18-nə mitinq təyin etdi

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyadan “Basta”ya təqdim olunan bildirilir ki, iclasda əvvəlcə təşkilati məsələlərə baxılıb, 10 nəfər Müsavat Partiyasının sıralarına qəbul olunub.

İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Respublika” təşəbbüs qrupunun qeydiyyata alınmaması barədə Apellyasiya Məhkəməsinə edilən şikayətin rədd edilməsi, bu gün həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilməsi haqqında məlumat verib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard ilə görüşündən danışıb.

İclasda sentyabr ayının 18-də saat 17.00-dan 19.00-dək “Məhsul” stadionunda 26 sentyabr tarixə elan olunan referendumla bağlı mitinqin keçirilməsi haqqında qərar qəbul edilib.

Divan ölkədə avtokratik rejimin möhkəmlənməsinə qarşı istənilən qanunauyğun təşəbbüsləri dəstəklədiyini, referendumla əlaqədar sentyabrın 11-nə təyin olunan mitinqin hədəflərini, şüar və tələblərini düzgün hesab etdiyini, bu mitinqdə öz tərəfdaşlarının iştirakını məqsədəuyğun hesab etdiyini bəyan edib.

Bastainfo.com

Bir cavab yazın