Zaqatalada zəlzələ oldu

Bu gün saat 21 radələrində Zaqatalada zəlzələ baş verib.

Yerli sakinlərin “Basta”ya verdiyi məlumata görə, zəlzələ 4-5 bal gücündə hiss edilib. Titrəyişlər bir neçə saniyə davam edib.

Zaqatala şəhərində çoxmərtəbəli binaların sakinləri dağıntılardan ehtiyatlanaraq evlərini tərk ediblər.

Rəsmi qurumlar hələlik zəlzələ ilə bağlı hər hansı bir açıqlama verməyiblər.

22:15

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ bu gün saat 20.57-də Zaqatala rayonundan 19 km şimal-qərbdə, Balakən ərazisində qeydə alınıb.

Zəlzələ Balakən ərazisində 4 bal, Zaqatala ərazisində  4 bala yaxın, episentrə yaxın ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

Bastainfo.com