Azərbaycan paralimpiyaçıları beşinci medal qazanıb

Azərbaycan Rio-2016 Paralimpiya Oyunlarında beşinci medalını qazanıb. Kamil Əliyev uzunluğa tullanmada 7,05 metr nəticə ilə gümüş medalın sahibi olub.

Bundan əvvəl Azərbaycan idmançılarındn Yelena Çebanu gümüş, Ramil Qasımov qızıl, Bayram Mustafayev gümüş, Rövşən Səfərov isə bürünc medal qazanıb.

XV Paralimpiya Oyunları sentyabrın 8-də başlayıb. Yarışlar sentyabrın 18-də başa çatacaq.

Azərbaycan bu yarışlarda 27 idmançı ilə təmsil olunur.

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: