Bu gün Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

Bu gün saat 11:00-da müdafiə naziri  Zakir Həsənovun tapşırığına əsasən, hərbi hissələrdə “Açıq qapı” günü təşkil olunacaq.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  “Açıq qapı” günü ənənəyə uyğun olaraq Qurban bayramı ilə əlaqədar təşkil edilir.

Ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər. Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə əsgər valideynləri və yaxınları ilə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: