Milli Şura izdihamlı mitinq keçirdi

Növbəti aksiya sentyabrın 17-i saat 15:00-a – Müsavatın təyin etdiyi mitinqdən 1 gün əvvələ təyin edildi

Bu gün “Məhsul” stadionunda Milli Şuranın təşəbbüsü ilə “Monarxiyaya yox!”, “Talana son!” şüarları altında mitinq keçirildi. Minlərlə insanın qoşulduğu aksiya Azərbaycan himninin oxunması ilə başladı.

İzdihamda cəbhəçilərlə yanaşı, müsavatçalar, islamçılar, ReAlçılar, Nidaçılar, Rəsul Quliyevin tərəfdarları və digər təşkilatların nümayəndələri, eləcə də hakimiyyətdən narazılığını gizlətməyən bitərəf şəxslər iştirak edirdilər.

Aksiyada Mill Şuranın təmsilçiləri Vidadi Mirkamal, Nürəddin Məmmədli, Gözəl Bayramlı, Gültəkin Hacıbəyli, Nida Vətəndaş Hərəkatının təmsilçisi Ülvi Həsənli, sonda isə AXCP sədri Əli Kərimli çıxış etdilər. Milli Şuranın sədri Cəmil Həsənlinin səfərdə olduğu üçün aksiyada üzürlü səbəbdən iştirak etmədiyi bildirildi.

“Monarxiyaya yox, talana son” bizim ümumi şüarımızdır”.

Bü sözləri çıxışında Əli Kərimli deyib. 

“Mən burda müsavatçıları, REAL-çıları, NİDA-çıları, digər birliklərin təmsilçilərini görürəm. Bizim dərdimiz azadlıqdir, demokrtaiyadır, daha yaxşı ölkədir. Hökumət bizim aramıza nifaq salmağa çalışdı. Ancaq indi liberallarla millətçilər, dindarlarla ateistlər bu meydanda çiyin-çiyinədir. Çünki bizi birləşdirən fərdi maraqlar yox, azad, demokratik Azərbaycan amalıdır. Biz ki, bu yola addım atmışıq, yolu yarımçıq qoymağa haqqımız yoxdur”, Əli Kərimli vurğuladı.

“Bizim yox dediyimiz başqa məsələlər də var. Büdcənin talan edilməsinə, dövlət ehtiyatlarının tükədliməsinə, neft pullarının oğurlanmasına yox deyirik. Bir tərəfdə səfalətə düçar etdikləri xalq var, digər tərəfdə Avropadakı muzeyləri təmir etdirən bir qrup harın var. Biz bu soyğunçuluğa, bu harınlığa yox deyirik”.

AXCP sədri Əli Kərimli əlavə edib ki, bərbad vəziyytdə olan təhsil, səhiyyə sisteminə yox deyilməlidir: “Biz dövlət orqanlarımızın xalqa xidmət etməsini istəyirik. Xəstəxanaya yaxınını aparan qorxu içindədir. Biz sağlamlıq vermək əvəzinə qatilə çevrilmiş səhiyyə sisteminə yox deyirik. Bu gün ölkəin təhsil sistemi təhsilsizliyə xidmət edir. Biz balalarımızı təhsilsiz qoyan təhsil sisteminə yox deyirik”.

Aksiya qətnamənin oxunması ilə başa çatdı.

Növbəti aksiya sentyabrın 17-i saat 15.00-a – Müsavatın təyin etdiyi mitinqdən 1 gün əvvələ təyin edildi.

 

Bastainfo.com

 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: