Müsavat başqanı İmkanlı şəxsləri yoxsullarla bölüşməyə çağırdı

“İndiki ağır iqtisadi böhran şəraitində hər birinizə bol bayram süfrəsi, rahatlıq və əmin-amanlıq arzulayıram. İmkanlı şəxsləri yoxsullarla bölüşməyə çağırıram.”

Xəbər verdiyimiz kimi bu gün Müsavat başqanı Arif Hacılı Azərbayacan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Təbrikdə Arif Hacılı imkanlı şəxsləri yoxsullarla paylaşmağa, iqtisadi böhranın tüğyan etdiyi bu çətin zamanlarda onlarla bölüşməyə səsləyib.

“Azərbaycan xalqı İslam dininin təqib olunduğu sovet dövründə belə bu bayramı qeyd etməklə dinimizə ehtiramını bildirir, bu ənənəni qoruyub saxlayırdı. Qurban bayramı hər kəsi sülhə, həmrəyliyə, ədalətə səsləyir. Bu bayram günlərində dünyanın hər yerindən olan zəvvarlar müqəddəs Həcc ziyarətini yerinə yetirir. Öz istəklərinə çatır. İndiki ağır iqtisadi böhran şəraitində hər birinizə bol bayram süfrəsi, rahatlıq və əmin-amanlıq arzulayıram. İmkanlı şəxsləri yoxsullarla bölüşməyə çağırıram.”

 

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: