Dənizdə boğulan neftçinin cəsədi tapılıb

Sentyabrın 10-da dənizə düşən Musa Əliyevin cəsədi tapılıb. Sentyabrın 11-də cəsəd ailəsinə təhvil veriləcək.

Bu haqda Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisi Musa Əhmədovun ölümünə səbəb olanların məsuliyyətdən kənarda qalacağından narahatlığını da bildirib.

SOCAR bununla bağlı hər hansı məlumat yaymayıb. Bazar günü olduğundan təşkilatın telefonları cavab verməyib.

Sentyabrın 10-da SOCAR-ın «Azneft» İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayığı aşmışdı. Qayıqda olan şəxslərdən biri boğulmuşdu. Onun SOCAR-ın podratçı təşkilatı olan Abşeron Qazma İdarəsinin əməkdaşı olduğu bildirilirdi.

 

Bastainfo.com



This post has been seen 218 times.

One thought on “Dənizdə boğulan neftçinin cəsədi tapılıb

  • 01.12.2016 at 23:19
    Permalink

    Hey! Someone in my Facebook group shared this website with us so I came to take a look. I’m definitely loving the information. I’m book-marking and will be tweeting this to my followers! Exceptional blog and terrific design and style.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: