Qondarma erməni soyqırımından bəhs edən film Toronto festivalında nümayiş etdiriləcək

Hər il ənənəvi olaraq keçirilən Toronto film festivalında təqdim ediləcək “Vəd” filmi qondarma erməni soyqırımından bəhs edir.

Xəbər365.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu il 8-18 sentyabr tarixlərində baş tutacaq festivalda nümayiş olunacaq filmlərdən biri də irland kinorejissor Terri Corcun “Vəd” filmidir.

Filmdə qondarma soyqırım hadisələri fonunda sevgi hekayəsindən bəhs edilir.

Filmin müəllifi hadisəni “XX əsrin unudulmuş fəlakətlərindən biri” hesab etdiyini və filmin insanları tarixi qəbul etməkdə yardımçı olacağını bildirib.

Məlumat üçün bildirək ki, Terri Corcun ən məşhur filmi 2004-cü ildə çəkilmiş “Otel Ruanda”dır.

Bastainfo.com


This post has been seen 556 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: