Rəsul Quliyev: “18 sentyabr tarixinə mitinq müraciəti ola-ola, sentyabrın 17-nə mitinq təyin etmək ən böyük səhvdir”

“İlk növbədə mitinqdə iştirak edənlərə üzünüz ağ olsun deyək. Ancaq 10 minlərlə gəlməyən, gələcəklərinə ümidsizləşənlərə və ya inamlarını itirməşlərə üzümü tutub deyirəm, istənilən variantda belə yaşamaq olmaz, siz də çıxış yolu axtarmalısınız”.

Bunu eks-spiker Rəsul Quliyev mətbuata açıqlamasında bildirib.

Gələcək Azərbaycan Partiyasından daxil olan açıqlamada eks-spiker Milli Şuranın sentyabrın 17-nə aksiya təyin etməsini dəyərləndirib.

“Hesab edirəm ki, 18 sentyabr tarixinə mitinq müraciəti ola-ola sentyabrın 17-nə mitinq təyin etmək ən böyük səhv addımdır”, – Rəsul Quliyev bildirib.

“Birincisi, nəticədə 17-nə ya icazə verilməyəcək, ya da gələnlərin sayı azı iki dəfə az ola bilər, başqa sözlə rejim triumfal ”qələbə” çalacaq. İkincisi, təəssüflər ki, bu mitinq referendumun ləğv edilməsi uğrunda yox, kim müxalifətdə birincidir mübarizəsinə çevrilməkdədir. Yazıqlar olsun ki, ambisiyanın xalqın marağından yuxarı olduğu sindromu heç kimi tərk etməyib. 17 Sentyabr mitinq günü elan edilən dəqiqədən hakimiyyətin bu mübarizədəndə “qalib” çıxdığını təsdiq etmək olar”, – Rəsul Quliyev bildirib.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: