Bakıda 400 min manatlıq “Porshe” yandı

Bakıda “Porsche” markalı minik avtomobili yandı.

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytında bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus “Porsche” markalı minik avtomobilinin arxa sol qapısı və təkəri yanıb.

Avtomobilin kimə məxsus olduğu deyilmir.

Yanğın saat 03:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

“Porsche” markalı avtomobillərin qiyməti təqribən 250 min dollar – 400 min manatdan yuxarıdır.

%d bloqqer bunu bəyənir: