Bakıdan Tehrana Qurban bayramı jesti: 22 məhbus…

Ötən gecə Azərbaycan həbsxanalarında saxlanılan 22 iranlı məhbus bu ölkəyə ekstradisiya edilib.

Virtualaz.org xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin konsulluq, parlament və ekspatriantların işi üzrə müavini Həsən Qaşqavi bildirib.

Nazir müavinin bildirdiyinə görə, Qurban bayramı münasibətilə Azərbaycanda cəza çəkən 22 İran vətəndaşı vətənə ekstradisiya edilib. Onların Bakıdan Tehrana yola salınması üçün Bakıdakı İran səfirliyi və bu ölkə XİN-i müvafiq tədbirlər görüblər.

Qaşqavi əlavə edib ki, məhbusların ekstradisiyası Tehranla Bakı arasında məhbusların mübadiləsinə dair bundan əvvəl əldə edilmiş razılaşmalar çərçivəsində həyata keçirilib.

Son illər İran və Azərbaycan bir sıra məhbusların qarşılıqlı ekstradisiyasını həyata keçiriblər.

Bununla belə Azərbaycanın 22 məhbusu İrana təhvil verməsinin əvəzində İranın da analoji addım atdığı haqda məlumat yoxdur.

Bastainfo.com

One thought on “Bakıdan Tehrana Qurban bayramı jesti: 22 məhbus…

  • 03.12.2016 at 07:50
    Permalink

    It’s an remarkable paragraph in favor of all the internet viewers; they will obtain advantage from it I am sure.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: