Müsavatda mitinq komitəsinin iclası keçirildi

Bu gün Müsavat Partiyasında sentyabrın 18-nə təyin olunan mitinqə hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Gülağa Aslanlının sədrliyi ilə keçirilən iclasda aksiyanın kütləviliyinin təmin edilməsi ilə bağlı təkliflərin qeydiyyatı aparılıb.

İclasda iş bölgüsü həyata keçirilib, komitə üzvlərinə müvafiq tapşırıqlar verilib.

Sədrlər Şurasının növbəti iclasının sentyabrın 15-də, saat 15:00-da keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Müsavat Partiyası Konstitusiyaya mürtəce dəyişikliklərə etiraz olaraq sentyabrın 18-də saat 17:00-dan 19:00-dək “Məhsul” stadionunda mitinq keçirəcək.

Bastainfo.com



This post has been seen 1891 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: