Həbsdəki jurnalistin şikayəti təmin edilmədi

Bu gün Bakı Apelyasiya Məhkəməsində JAM.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə qərarından apelyasiya şikayətinə baxılıb. 

Prosesdə Fikrət Fərəməzoğlunun ev dustaqlığına buraxılması haqqında vəsatətə də baxılıb və təmin ediloməyib. Bu barədə “Basta”ya vəkil Elçin Sadıqov məlumat verib.

“Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə Fikrət Fəraməzoğlunun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan əvəz edilməsindən imtina olunması haqqında Nərimanov rayon Məhkəməsinin sentyabrın 7-də qərarından verdiyim apellyasiya şikayətinə baxıldı. Apellyasiya şikayəti təmin olunmadı və Nərimanov rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıldı. Bu qanunsuz qərardan Avropa Məhkəməsinə şikayət edəcəyik”, – deyə vəkil bildirib.

Ramin Deko

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: