“LİYAKAT SİSTEMİ”

Elman Fəttah, Müsavat başqanının müavini.
Yaşasın Respublika! 
Hədəfimiz Cümhuriyyət, Mayakımız Ləyaqət!
Türkiyədə baş verən “darbe”dən sonra siyasi elitanın müzakirə etdiyi ən ciddi məsələ məhz budur: “Dövlet yönetiminde liyakatın esas alınması”. 
Bilirsiniz niyə? Çünki ənənəvi doqmatik ideoloji sistem tıxandı. Yerinə keçən dini inanca dayanan “milli irade” makiavelizmi də gözümüzün önündə fiaskoya uğradı.
Nə güclü ordunun, nə güclü bürokratik sistemin daimi stabilliyin, davamlı imkişafın təminatçısı olmadığı hamıya aydın oldu. 
Hamıya aydın oldu ki, güclü dövlətin təminatçısı insani dəyərlərdir. Gerçək Güclü Dövlət ləyaqətin ən üstə çıxdığı cəmiyyətə tabe olan dövlətdir.
Bunu xatırlatmaqda məqsədim apardığımız mübarizənin hədəfinin həqiqi azadlıq uğrunda olduğunu vurğulamaqdır. 
Bizim məqsədimiz, ölkə rəhbərinin adını dəyişdirmək deyil!
Bizim məqsədimiz, “Rəzalət sistemini” “Ləyaqət sisteminə” dəyişdirməkdir!
Bizim məqsədimiz ləyaqəti dövlətin üstünə çıxarmaq, dövləti cəmiyyətin ləyaqətinə tabe etdirməkdir. 
Bütün hallarda, şərtlər nə olursa olsun, siyasətimizi, bütün gedişlərimizi ləyaqət düsturuna sığdıracağıq. 
“Ləyaqətlilik” müsavatçılığın proğram tələbi, təməl prinsipidir.
Müsavatın heç vaxt bu düsturdan kənara çıxmaq lüksu yoxdur.
Rədd olsun Monarxiya, rədd olsun rəzalət!
Hədəfimiz Cümhuriyyət, Mayakımız Ləyaqət!
Yaşasın Respublika!
Arqument.Az

43 thoughts on ““LİYAKAT SİSTEMİ”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: