Manat son iki ildə ən çox dəyər itirən valyutadır

45 ölkə arasında bir tək Ukrayna qrivnasına qarşı manat cüzi “möhkəmlənib”

Dünyada maliyyə böhranı inkişaf etməkdə olan ölkələrin pul vahidlərinin dəyər itirməsinə səbəb olub. Bizimyol.info Milli Bankın rəsmi məzənnəsinin əks olunduğu cədvəldə 45 ölkənin milli valyutasının Azərbaycan manatına nisbətən dəyərinin son 3 ildəki dinamikasını təhlil edib. Məlum olur ki, 21 fevral 2015-ci ildən başlayaraq həyata keçirilən iki devalvasiyadan sonra Azərbaycan manatı ən dayanıqsız pul vahididir.

Hətta Cənubi Koreya Vonu manatla müqayisədə yüksəlişdədir

Belə ki, 2014-cü ilin sentyabrın 10-da 1 ABŞ dolları 0.7843 manat, 2015-ci ilin eyni tarixində 1.0482 manat olub, cari ilin həmin dövrünə 1.6403 manata bərabərdir. Avro iki il əvvəl 1.014, keçən il 1.1748 manat idi, hazırda 1.8498 manat təşkil edir. Avstraliya dolları üç ildə uyğun olaraq 0.7185 manat, 0.7338 manat və bugünkü günə 1.2541 manat olaraq yüksəlişdədir. Argentina pesosu 0.0933 manatdan 0.1122 manata qalxıb, hazırda 0.109 manatdır. Belarus rublu 0.0075 manat idi, sonra 0059 manat oldu, indi 0.8433 manata bərabərdir. Braziliya rialı 0.3431 manatdan 0.2772 manata düşüb, bu ilin sentyabrın 10-a 0.51 manata yüksəlib. Birləşmiş Ərəb Əmirlikləri dirhəmi 0.2135 manatdan 0.2854, daha sonra isə 0.4466 manata qədər yüksəlib. Cənubi Afrika randı 0.0717 manatdan 0.0755, indi isə 0.1161 manata qalxıb. İki il öncə 100 Cənubi Koreya vonu 0.0758 manat idi, bir il sonra 0.0877 manat oldu, hazırda 0.1491 manatdır. Çexiya kronu 0.0366 manatdan əvvəlcə 0.0434, sonra isə 0.0685 manata yüksəlib. 100 Çili pesosu da 0.1326 manatdan 0.1517-yə, indi isə 0.2466 manata qalxıb. Çin yuanı əvvəlcə 0.1279 manat, sonra 0.1642, daha sonra 0.2457 manat olub. Danimarka kronu üç ildə uyğun olaraq 0.1362 manat, 0.1575 və hazırda 0.2485 manat olmaqla qalxıb. Gürcü larisi 0.4506 manatdan əvvəlcə bir qədər düşərək 0.4373 manat olsa da hazırda “belini düzəldib” – 0.7101 manatdır. Honq Konq dolları 0.1012 manatdan əvvəlcə 0.1352 manata yüksəlib, daha sonra 0.2114 manat olub.

Azərbaycan manatı bu illər ərzində Hindistan rupisinə də “uduzub”

Rupi 0.0129 manatdan 0.0157, hazırda 0.0246 manata qədər yüksəlib. Daim dəyərini saxlayan İngilis funt sterlinqi də milli valyutamıza qarşı xeyli güclənib – 1.264 manat idisə, keçən il 1.6093 manat olub, bu il 2.1858 manatdır. 100 İndoneziya rupiası da bizim pula qarşı güclənib – 0.0067 manatdan 0.0073-ə qalxan İndoneziyanın milli pulu hazırda 0.0125 manatdır. 100 İran rialı üç il əvvəl 0.003 manat, keçən il 0.0035 manat, hazırda 0.0046 manata bərabərdir. 1 İsveç kronu 0.1103 manatdan 0.1247 manat, indi isə 0.1946 manata qədər qalxıb. İsveçrə frankı 0.8397 manatdan 1.0715 manata, ordan da 1.688 manata yüksəliş edib. İsrail şekeli 0.2162 manat idi, keçən il 0.2691 olub, hazırda 0.4367 manatdır. Kanada dolları 0.7146-dan 0.7908-ə, sonra isə 1.2696 manata qədər yüksəliş edib.

Bir neft ölkəsinin milli pulu digərinin 5.5 mislinə bərabərdir

Neft ölkəsi olan Küveyt dinarı ən bahalı valyutadır – əvvəlcə 2.7374 manatdan 3.4664 manata qalxıb, hazırda 1 Küveyt dinarı daha bir neft ölkəsi olan bizim 5.4432 manata bərabərdir. Qazaxıstan tengəsi 0.0043 manatdan 0.0042 manata qədər geriləsə də, bu, müvəqqəti olub, hazırda 0.0049 manat olmaqla milli pulumuza qarşı yüksəlişdədir. Qırğız somu 0.0145 manat idisə əvvəlcə 0.0158, sonra 0.0237 manat olub. 100 Livan funtu 0.0519 manatdan 0.0695 manata qalxıb, hazırda 0.1089 manat təşkil edir. 1 Malayziya rinqqiti 3 il əvvəl 0.2451 manat id, keçən il cüzi enişdə olub – 0.2412 manat, bu ilin sentyabrın 10-na 0.4034 manat olmaqla qalxıb. Meksika pesosu 0.0593 manatdan uyğun olaraq 0.0618 və 0.0878, Moldova leyi 0.0551 manatdan 0.0545, sonra da 0.0832 manata qalxıb.

Qonşularımızın pul vahidi dəyərdə irəli gedib, manat isə geri

Misir funtu 2014-cü ildə 0.1097 manat idi, ötən il 0.1339, bu il 0.1847 manat olmaqla yüksəlişdədir. Norveç kronu üç ildə 0.1236 manatdan 0.1271 və ən son 0.2006 manata qədər artıb. 100 Özbək somu 0.0333 manat idisə, keçən il 0.0402 manat olub, hazırda 0.055 manat təşkil edir. 1 Polşa zlotası son üç il uyğun olaraq 0.2412 manat, 0.2786 manat və 0.4276 manat olmaqla qalxıb. Manatdan əvvəl dollara təslim olan Rusiya rublı 2014-cü ildə ağır günlərini yaşayırdı. Həmin dövrdə 0.0212 manat təşkil edən 1 Rubl, keçən il 0.0153 manata qədər geriləsə də, bu il manatla müqayisədə “dirçəlib”, hazırda rubl 0.0256 manata bərabərdir. Sinqapur dolları 0.6206 manatdan əvvəlcə 0.7376 manata, sonra da 1.2127 manata qalxıb. Üç il əvvəl Səudiyyə Ərəbistanı rialı 0.2091 manat, keçən il 0.2796 manat olub, indi 0.4373 manatdır. 1 SDR (BVF-nun xüsusi borcalma hüquqları) 1.1751 manatdan 1.4701, daha sonra 2.3048 manata qalxıb. Bu müddətdə qonşu ölkələrdən Türk lirəsi də manata qarşı xeyli möhkəmlənib –  0.3563 manatdan əvvəlcə 0.3435 manata ensə də hazırda 0.5542 manat təşkil etməklə milli pulumuza qarşı daim yüksəlişdədir. Tayvan dolları da manatla müqayisədə güc yığıb – 0.0262 manatdan əvvəlcə 0.0322 manata qalxıb, hazırda 0.0523 manat olmaqla artımdadır. Tacik somonisi 0.155 manatdan 0.1648 manata, daha sonra 0.2083 manat, Yeni Türkmən manatı 0.2751 manatdan 0.2995, daha sonra 0.4695 manata, Ukrayna qrivnası 0.062 manatdan 0.0457 manata və ən son 0.0615 manata, 100 Yapon yeni  0.7376 manatdan 0.8696 manata, hazırda 1.6066 manata, nəhayət 1 Yeni Zelandiya dolları 0.6464 manatdan keçən 0.6587 manata, sonradan bir xeyli qalxaraq hazırda 1.2137 manata bərabər olub.

Qızılın unsiyasının da dünya bazarında qiyməti üç ildə Azərbaycan manatına qarşı 2.24 dəfə yüksəlib –  həmin vaxt 984.8847 manatdan start götürüb. Keçən il bir unsiyanın qiyməti 1163.3448 manat olub, bayram günlərində 2203.579 manata bərabər idi. Təsəlli istəyirsinizsə bir “şad” xəbərimiz var: iki ildə 45 ölkə arasında manata qarşı dəyərini çüzi itirən bir tək Ukrayna qrivnası olub – 2014-cü ildə 0.062 manat idisə hazırda 0.0615 manata bərabərdir…

Bizimyol.info

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: